RU

Kanadalı forvard Fransanı İngiltərəyə dəyişir - SON DURUM

Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Transfer Feed" yayıb.

Mənbənin məlumatına görə, sözügedən oyunçunun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin bu yay müqaviləsinin müddəti başa çatacaq forvarda tezliklə təklif göndərməyi hədəflədiyini vurğulayıb.  
Ön xətt oyunçusunu digər İngiltərə klublarının - "Mançester Siti" və "Mançester Yunayted"in də istədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Devid 2020-ci ildən "Lill"in uğurları üçün çalışır.

25 yaşlı kanadalı cari Liqa 1 mövsümündə 22 matçda 13 qol vurub (6-sı penaltidən) və 3 məhsuldar ötürmə edib.

Избранный
14
fanat.az

1Источники