RU

Tramp qəzəbləndi: Ciddi olduğumuzu düşünmürdülər

ABŞ prezidenti Donald Trampın bütün milli təhlükəsizlik müşavirləri Ukraynaya hərbi yardımı dayandırmaq qərarını dəstəkləyiblər.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, Vladimir Zelenskinin Ukrayna münaqişəsinin tezliklə bitməyəcəyi ilə bağlı sözləri Trampı qəzəbləndirib. Buna görə də o, Ukrayna liderini danışıqlar masası arxasına çəkmək niyyətinin ciddiliyini nümayiş etdirməyi lazım bilib.

“Ukraynalılar bizim ciddi olduğumuzu düşünmürdülər. Biz bunu nümayiş etdirməli idik", - deyə Ağ Evin sözçüsü bildirib.

ABŞ prezidentinin niyyətinin ciddiliyini necə nümayiş etdirəcəyinə Trampın özü qərar verəcək. Ancaq bir şey qaranlıq qalır: Zelenskinin yeraltı sərvətlərlə bağlı sövdələşməni imzalaması ABŞ silahlarının Kiyevə təhvil verilməsini bərpa etmək üçün kifayət edəcəkmi?

Избранный
37
1
publika.az

2Источники