RU

Milli Preventiv Qrupunun üzvləri növbəti başçəkmə həyata keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva tərəfindən şəxslərin öz iradəsi ilə tərkedə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Ombudsman Aparatından bildirilib ki, Ombudsman və onunİşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupununüzvlərinin iştirak etdiyi növbəti başçəkmə Dövlət TəhlükəsizliyiXidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasınakeçirilib.

Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədənR.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan vədigərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib.Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib,hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.

Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyibaşçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunanşəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdənonlara humanist münasibət göstərildiyini, hər hansı birayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanmaşəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman vəBeynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbuledildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsigigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerindəaraşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərqqoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqiyardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyənedilib.

Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri iləbağlı qanunvericilik aktları, Ombudsmanın “916” Çağrı Mərkəzivasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlərtəqdim olunub.

Избранный
36
7
az.trend.az

10Источники