RU

Agentliyin avtobusları 194 min manata satışa çıxarılır

8 aprel tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin və avadanlıqların siyahısı açıqlanıb.

Valyuta.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyinə məxsus 18 ədəd “Daewoo BC212MA” və “SAZ NP 37” markalı avtobuslar 194 min 700 manat ilkin qiymətlə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus 3 ədəd “BMW 530I” minik avtomobili 9 min manata, “Mercedes Benz 3120” mikroavtobus 7 min manata, “Nissan Maxima” isə 6 min manata ilkin qiymət ilə hərraca çıxarılacaq.

Hərracda təklif olunan nəqliyyat vasitələri 2-ci dəfə satışa çıxarılır.

Avtomobillərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:

Maya Hüseynova

Избранный
37
1
valyuta.az

2Источники