Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib. “Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub. O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.