“Qeyri-qanuni etirazların keçirilməsinə imkan verən məktəb, kollec və universitetlərin maliyyələşməsi dayandırılacaq, etirazların təhrikçiləri isə ya həbs olunacaq, ya da ölkələrinə göndəriləcək”.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
"Təşkilatçılar həbs ediləcək və ya gəldikləri ölkəyə həmişəlik deportasiya ediləcəklər", - Tramp qeyd edib.
O, eyni zamanda amerikalı tələbələrin də həbs ediləcəyini vurğulayıb: "Amerikalı tələbələr həmişəlik xaric ediləcək və ya cinayətdən asılı olaraq həbs ediləcəklər".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта