RU

“MİDA” MMC-nin Naxçıvanla bağlı 600 minlik tenderi ləğv edildi

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki, Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı keçirilən tenderin ləğv olunmasının səbəbi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti  619 513,52 manatdır. 

Hüseyn

Избранный
46
valyuta.az

1Источники