RU

Arteta: “PSV-nin oyunu məni narahat edir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/8 finalının PSV ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir:

“Futbolda nəticələr həmişə müxtəlif olur. Məni, onların necə oynadığı narahat edir. Mən onların zəif cəhətlərində və onları necə məğlub etməkdə köklənmişəm. İki oyun var, siz isə bundan xəbərdarsınız. Biz oyunda üstünlük saxlamağı və yaxşı nəticə qazanmağı nəzərdə tutmuşuq. PSV – yarışdan “Yuventus”u vurub çıxarmış bir komandadır. Biz son illərdə onlarla çox oynamışıq, ona görə də bizi kimin gözlədiyini bilirik”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, hakim PSV – “Arsenal” oyununun başlanğıc fitini martın 5-i saat 00:00-da səsləndirəcək.

Избранный
31
arena.az

1Источники