RU

Futbol millimiz ada ölkəsinin yığması ilə oynayacaq

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, komandamız Haiti yığması ilə qarşılaşacaq.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Lakin matçın başlama saatı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Milli.Az

Избранный
24
milli.az

1Источники