RU

Bu qurum yarım mln. manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi yeni tender elan edib. 

Valyuta.Az xəbər verir ki, qurumun elan etdiyi tender, itlər üçün quru yemin satın alınması ilə bağlıdır.

Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 571.500,00 AZN-dir və təkliflərin son təqdim olunma vaxtı 08.04.2025-ci il saat 12:00 təyin olunub.

Onu da əlavə edək ki, qurum daha öncə də eyni adda tenderlər elan edib. 

17 may 2021-ci il və 03 avqust 2023-cü ildə "Xırdəhal" MMC ilə müvafiq olaraq 49.925 AZN və 117.500 AZN dəyərində müqavilələr imzalanıb. 

05 iyul 2024-cü ildəki tenderin qalibi isə Rafiq İsmayıl oğlu Məhərrəmov olub və tərəflər arasında 86.800 AZN dəyərində müqavilə imzalanıb.

Rəhim

Избранный
23
valyuta.az

1Источники