"Arsenal"ın oyunçusu Tomas Parti 3 nəhəng klubun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, futbolçu ilə "Barselona", "Yuventus" və PSJ maraqlanır.
Bu barədə idman jurnalisti Charles Vats "X" hesabında paylaşım edib.
"Topçular" mövsümün sonunda müqaviləsi başa çatacaq olan yarımmüdafiəçiyə hələ ki, yeni konrtakt təklif etmək üçün danışıqlara başlamayıb.
Qeyd edək ki, Tomas 2020-ci ilin oktyabr ayından etibarən "Arsenal"ın formasını geyinir.