RU

Xaçmazın Yalama kəndində od çərşənbəsi qeyd olunub

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonmərkəzindən 50 kilometr aralıda, Yalama kəndində Novruzçərşənbələrindən ikincisi - Od çərşənbəsi təntənə ilə qeydolunub.

Trend xəbər verir ki,tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,qazilər və kənd sakinləri iştirak ediblər.

Bayram şənliyində Od çərşənbəsinin rəmzi olan tonqal qalanıb,şeirlər, şən musiqilər səsləndirilib, rəngarəng rəqs nömrələribir-birini əvəz edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbiriştirakçılarını təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət vəfirəvan həyat arzulayıb.

Tədbirdə adət-ənənələrimizi əks etdirən milli atributlar vəəşyalardan ibarət sərgilər təşkil olunub. Bahar qızının özünəməxsus bayram təbriki, Kosa və Keçəlin şən zarafatları, folklorqrupunun çıxışları maraqla izlənilib. Qonaqlar bayram süfrəsi ilətanış olub, milli təamlardan və şirniyyatlardan dadıblar.

İştirakçılara Od çərşənbəsi haqqında ətraflı məlumat verilib vəbu çərşənbənin insanlar tərəfindən oda, günəşə olan inamdan irəligələrək illərdir qeyd edildiyi bildirilib.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Избранный
17
az.trend.az

1Источники