RU

Afra Şeymanın keçmiş əri ilə sevgilidir?

Türkiyə mediasında aktrisa Afra Saraçoğlunun sosial media fenomeni Şeyma Subaşının keçmiş əri, misirli Mohammed Alsaloussi ilə eşq yaşadığı barədə məlumat yayılıb.

“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, cütlüyün sosial media vasitəsilə tanış olduğu və Yunanıstanın paytaxtı Afinada görüşdükləri iddia olunub.

Bir neçə gün əvvəl Afranın keçmiş sevgilisi aktyor Mert Ramazan Demirin də başqa şəxslə birlikdə olduğu məlum olub.

Xatırladaq ki, Saraçoğlu Demirdən əvvəl 4 illik sevgilisi Mert Yazıcıoğludan ayrılmışdı.

Ş.Subaşı isə 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə ailə qurub. Onların bu evlilikdən Melisa adlı qızları var. Cütlük 2018-ci ildə boşanıb.

Fenomen 2023-cü ildə 3 il münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Lakin bu evlilik cəmi 3 ay çəkib və onlar boşanıblar.


"Cebheinfo.az"

Избранный
5
1
cebheinfo.az

2Источники