RU

İki yaşayış kompleksinin YOL PROBLEMİ: "Avtomobillərimiz sıradan çıxır" - FOTO

Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" və "Qurtuluş" yaşayış kompleksləri arasındakı yol tamamilə yarasız hala düşüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

"Bu qədər insanın istifadə etdiyi yol dərin çalalarla doludur. Qar əriyəndən sonra isə çalalar su ilə dolub. Dərin olduğu üçün həm ictimai nəqliyyat, həm də şəxsi avtomobillərlə hərəkət mümkünsüzdür. Məcburuq, başqa yolumuz yoxdur deyə hərəkət edirik, bu halda da avtomobillərimiz sıradan çıxır", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli faktı təsdiqləyib:

O qeyd edib ki, sözügedən yolda əvvəl də cari təmir işləri aparılıb:

"Hazırda yolda genişləndirmə işləri aparılır. Ərazidə olan meşə zolağının həm sağ, həm də sol tərəflərində yolun genişləndirilməsi işləri aparılır. Hava şəraiti imkan verən kimi ərazidə cari təmir işləri həyata keçiriləcək", - deyə S.Qasımlı vurğulayıb.

Избранный
10
1
avtosfer.az

2Источники