ABŞ husiləri xarici terror təşkilatı kimi tanıyıb. Manset.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. Rubio bildirib ki, ABŞ Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyır: “Bu gün Dövlət Departamenti prezident Donald Trampın vəzifəyə gəldikdən sonra verdiyi ilk vədlərdən birini yerinə yetirir. Mən Departamentin husiləri xarici terror təşkilatı kimi təyin etməsini məmnuniyyətlə elan edirəm”, - Rubio bildirib. "Dövlət Departamentinin bugünkü addımı Tramp Administrasiyasının milli təhlükəsizlik maraqlarımızı, Amerika xalqının və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaq öhdəliyini nümayiş etdirir”, - o əlavə edib.