RU

“Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm”

“Zirə” kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. “Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Zirə” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– 4-cü yeri tutub avrokuboklara gedə bilməsəz, bunu uğurlu nəticə hesab edəcəksiz?

– Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.

– Geridən hücum qurmaqla bağlı müdafiədə problem olduğunu düşünürsüz?

– Müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq.

– İsmayıl İbrahimliyə hansı tapşırığı vermişdiz?

– Ötürmələrlə bağlı problemi var. Bunun üzərində işləyirik.

– Komandanız evdə oyuna çox istəkli və aqressiv başlayanda səhvlər edir. Bəlkə bunu dəyişməyin vaxtıdır?

– Aktiv oynamalı olduğumuz oyunlarda bunu edirik. “Zirə” əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi.

Избранный
5
1
idmanxeber.az

7Источники