RU

Ukrayna şirkəti NASA-ya yerli robotlar tədarük edəcək

DroneUA-dan olan tərtibatçılar NASA ilə sistemli tərəfdaşlıq qurmağa ümid edirlər.

QHT.az xəbər verir ki, sınaq partiyası artıq Virciniyaya göndərilib və orada test ediləcək. Bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. "NASA-nın əməkdaşlığa təşəbbüs göstərməsi vacibdir. DroneUA tərtibatçıları yaxın gələcəkdə sistemli tərəfdaşlığa ümid edirlər və uğura şübhə etmirəm", - Fedorov bildirib.

Onun sözlərinə görə, müharibə Ukraynanın müdafiə texnologiyalarına güclü təkan verib və bu avadanlıqların xaricə çatdırılması büdcəyə milyardlarla gəlir gətirə bilər. "Ukrayna texnologiyaları quruda, suda və kosmosda effektivdir. İstedadlı tərtibatçılarımızla fəxr edirəm", - deyə nazir əlavə edib.

 

R.İmanov

Избранный
55
qht.az

1Источники