RU

Peter Bos: “Arsenal”la oyunda üslubu dəyişmək fikrində deyiləm”

PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının 1/8 finalının London “Arsenal”ı ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən öz oyun üslubumu dəyişmək fikrində deyiləm. Mən hər oyunda rəqibə görə sazlanıram, amma rəqibin fəlsəfəsinə görə deyil. Amma “Arsenal”la oyunda biz müdafidə daha yaxşı oynamalıyıq. Bizim, son oyunlardakı uğursuzluqlarımıza gəlincə, onda, bu halda söhbət məqamlardan gedir. “Qou Ahed İqlz”la oyunda (2:3) biz topu itirərkən, heç də həmişə vahid komanda deyildik. Amma digər vəziyyətlərdə biz, şübhəsiz, vahid idik. Əgər komanda olmasanız, “Yuventus”a qarşı daha necə belə yaxşı oynamaq olardı?”, deyə Peter Bos PSV-nin Turin klubu üzərinə qələbəsinin də təsadüfü olmadığını başa düşməyə imkan verib.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/16 final mərhələsində “Yuventus”u keçərək (səfərdə 1:2; evdə 3:1 – əlavə vaxtdan sonra) 1/8 finala çıxıb.

Hakim PSV – “Arsenal” oyununun başlanğıc fitini martın 5-i saat 00:00-da səsləndirəcək.

Избранный
36
arena.az

1Источники