RU

Əşyalarınızı tez-tez itirirsinizsə, diqqət! Bunun əlaməti ola bilər

Əşyalarınızı tez-tez itirirsinizsə, diqqət!

Soyuducuda televizorun pultunu tapmaq və ya çəngəl yerinə saç fırçası qoymaq adi unutqanlıqdır, yoxsa demansın əlaməti? Mütəxəssislər xəbərdarlıq edir ki, əşyaları səhv yerləşdirmək demansın az tanınan, lakin kritik simptomlarından biri ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, demans yaddaş itkisi və davranış dəyişiklikləri ilə xarakterizə olunan sindromdur. Kanada Alzheimer Cəmiyyətinə görə, demanslı şəxslər əşyaları tamamilə uyğun olmayan yerlərə qoyur və niyə belə etdiklərini xatırlamırlar.

Bəzi hallarda xəstə itirilmiş əşyaların oğurlandığını düşünə bilər və onları gizlətmək vərdişi inkişaf etdirə bilər. Mütəxəssislər bu psixologiyanı anlamağın xəstə və yaxınları üçün stressi azalda biləcəyini vurğulayır.

Nə etməli?

Otaqları mütəşəkkil şəkildə saxlayın.

Şkaf və siyirmələrə etiketlər yapışdırın.

GPS izləmə cihazlarından istifadə edin.

Xəstəyə empatiya ilə yanaşın.

Erkən diaqnoz vacibdir!

Əgər yaxınlarınızda belə əlamətlər müşahidə edirsinizsə, mütəxəssisə müraciət edin. Demansın qəti müalicəsi olmasa da, erkən müdaxilə xəstəliyin gedişatını yavaşlada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
30
e-saglam.az

1Источники