RU

Vens: Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə münaqişəni davam etdirə bilməz

"Nə ABŞ, nə Avropa, nə də Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə Rusiya Federasiyasına qarşı hərbi əməliyyatları davam etdirə bilməz".

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens Kapitoli təpəsində jurnalistlərlə söhbətində bildirib.

"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə bilməyəcəklər. Ona görə də hər kəsin danışıqlar masası arxasına əyləşməsi vacibdir. ABŞ prezidenti Donald Tramp ukraynalıların danışıqlar masasına qayıtmalı və onunla faydalı qazıntılar üzrə sazişi müzakirə etməyə başlamalı olduğuna dair aydın siqnal göndərməyə çalışır"-deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
162
9
turkustan.az

10Источники