RU

Berezutski: “Hələ heç nə itirməmişik“

Azərbaycan Premyer Liqasının XXV turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Demək olar, bir az üstünlüyümüz var idi. Çoxlu qol imkanları yaratdıq. Qollar vurduqdan sonra asan qollar buraxdıq.

– Qolların buraxılması diqqət pozğunluğundan və ya kubok matçından ola bilər?
– Əlbəttə, bəzən konsentrasiya futbolda çox diqqət edilməyən dəyərdir. Səhvlər nəticəsində qollar buraxılır. Yüksək iddiaları olan komanda üçün belə konsentrasiya pozğunluğu qəbuledilməzdir.

– Daha çox kuboka köklənəcəyinizi düşünmək olar?
– Hələ heç nə itirməmişik. Çempionatda gözlənilməz nəticələr olur. Məqsədimiz hər oyundan qalib ayrılmaqdır.

– Kubokda növbəti rəqibiniz “Neftçi”dir. Onların baş məşqçisi Samir Abasov oyunçuları Bassalu Sambunun cəzalanmasına münasibət bildirərkən, onun bilərəkdən kubokda oynamasına icazə verilmədiyinə eyham vurub. Bu haqda fikirləriniz nədir?
– Epizodu görməmişəm, nəsə deyə bilmərəm. Digər komandalara yox, özümüzə baxırıq. “Sabah” olaraq hakimlərdən danışmamağı seçirik.

Şahin Cəfərov

Избранный
86
1
futbolpress.az

2Источники