RU

Ştoqrin “Kəpəz”lə matçı buraxacaq

“Neftçi”nin futbolçusu Andrey Ştoqrin Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Kəpəz”ə qarşı oyunda forma geyinməyəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “ağ-qaralar” “Kəpəz”lə matçın hazırlığını başa vurublar. Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.

O da qeyd olunur ki, paytaxt təmsilçisinin futbolçularından Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyununa saat 17:00-da start veriləcək.

Избранный
39
arena.az

1Источники