Türkiyənin Yunanıstanla qərb quru sərhədinə divar hörüləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ədirnənin vilayət rəhbəri Yunis Sezər açıqlama verib.
O bildirib ki, Türkiyənin qərb sərhədində ilk dəfə fiziki təhlükəsizlik tədbiri çərçivəsində divar çəkiləcək.
Sezərin sözlərinə görə, ilkin olaraq sərhədin 8,5 kilometrlik hissəsinə divar çəkiləcək, sonra isə məsafə daha da uzadılacaq.
O həmçinin Ədirnədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün tədbirlərin görüldüyünü qeyd edib.