RU

Elmar Baxşıyev: "Kim deyir ki, " Araz-Naxçıvan" enişdədir?"

"Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi. Performansımızdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"nın baş məşqçisi Elmar Baxşıyev "Sabah"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni şərh edib: "Biz enişdə deyildik. Kim deyir ki, " Araz-Naxçıvan" enişdədir? Maşallah olsun komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. Dörd gündən əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Düşünürəm ki, öz iddiasından əl çəkməyəcək. Enişdə olan komanda iki dəfə oyunu çevirə bilməz. Komandam möhkəmdir, xarakteri var. Zədəlilər də qayıtdıqdan sonra daha da iddialı və hücumda daha yaxşı olacağıq".

Qeyd edək ki, "Araz-Naxçıvan" 46 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Избранный
10
2
idman.biz

5Источники