RU

Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürür

Ədliyyə Naziriliyi fərdi sahibkar Mahmudova Təranə Abid qızı ilə satınalma müqaviləsi imzalayıb. 

SeherXeber.org xəbər verir ki, müqavilə Binəqədi rayon icra şöbəsi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlıdır.

340,2 kv metrlik ofis sahəsinə görə sahibkara 34 800 manat ödəniləcək. 

Araşdırmalarımız zamanı məlum olub ki, Təranə Mahmudova həm də "A.N.N.N.” şirkətinin qanuni təmsilçisidir. 

Mediada gedən məlumatlara görə, baş nazirin keçmiş müavini Abid Şərifovun qızı olan Təranə Mahmudova eyni zamanda "Optimed” Tibb Mərkəzinin direktoru və "Güvən 17” MMC-nin qanuni təmsilçisidir. 

Təranə Mahmudova 6 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. 

Избранный
22
5
seherxeber.org

7Источники