RU

Ceyhun Bayramov D-8-in baş katibi ilə Azərbaycanın təşkilata üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri müzakirə edib

Bakı. Trend:

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkəninİqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadirİmam ilə görüşüb.

Trend xəbərverir ki, görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələnəməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlikvəziyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov D-8-in ötən ilki sammiti çərçivəsindəölkəmizin Təşkilata üzv seçilməsinin Azərbaycanın artan regional vəbeynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilənetimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib.

Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk genişlənməolaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, ocümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm roloynadığı qeyd edilib.

Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən D-8çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsiistiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub.

Tərəflər, eyni zamanda D-8 çərçivəsində müxtəlif, o cümlədənsiyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar,humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün genişpotensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcəkplanlar üzrə müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişədövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslıbərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Избранный
41
50
az.trend.az

10Источники