RU

Çətin vəziyyətdə olan Premyer Liqa klubuna ağır zərbə

“Səbail” ciddi itki ilə üzləşib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klub Qorka Laruççanın xidmətindən məhrum olub.

Zədə səbəbəbindən son oyunlardan iştirak edə bilməyən 32 yaşlı yarımmüdafiəçinin əməliyyat olunmasının zəruriliyi üzə çıxıb. Odur ki, “8 nömrə” yaxın günlərdə cərrah masasına uzanacaq.

Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı əməliyyatdan sonra bilinəcək.Martdakı qarşılaşmaları kənardan izləyəcyi dəqiqdir.

“Səbail”in əsas simalarından sayılan Qorka cari Premyer Liqa mövsümündə meydana çıxdığı 21 oyunda 3 qol və 2 assistlə yadda qalıb.

HƏBİB

Избранный
14
sportinfo.az

1Источники