İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, kəndə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.
Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib.