Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Rusiya Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsinin qəti əleyhinədir.
“İlk növbədə, Avropa İttifaqı qərəzsiz deyil, amma sülhməramlılar qərəzsiz olmalıdır. “İkincisi, Rusiya buna qəti şəkildə qarşıdır” – deyə o, öz Telegram kanalında Avropa kontingentinin yerləşdirilməsi ideyasını “yumşaq desək, çox şübhəli” adlandırıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sülhməramlı qüvvələrin yerləşdirilməsinin yalnız hər iki tərəfin razılığı ilə mümkün olduğunu bildirib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu barədə Rusiyadan heç kim soruşmayıb. “Qoşunların yerləşdirilməsi kimi sadə mexaniki şeylərdən qurtula bilmərik, bunun əsas səbəbləri haqqında danışmaq lazımdır”, – deyə Lavrov bildirib.
Məlum olduğu kimi, Böyük Britaniya və Fransa Ukraynaya 30 minə qədər hərbçi göndərmək niyyətindədir.
//Samir Qurbanov, Editor.az