RU

ABŞ Rusiyaya qarşı kiber hücumları dayandırmayıb – Pentaqon rəsmisi

“Bloomberg” nəşri yüksək rütbəli müdafiə rəsmisinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ Kiber Komandanlığına Rusiyaya qarşı əməliyyatları dayandırmaq əmri verməyib.

Onun sözlərinə görə, Hegseth Rusiya tərəfinə qarşı “heç bir kiber əməliyyatı ləğv etməyib və ya dayandırmayıb” və bu fəaliyyət Pentaqon üçün prioritet olaraq qalır.

Pentaqon Kiber Komandanlığa Rusiyaya qarşı əməliyyatları dayandırmağı əmr edib, – deyə “The Record” keçən həftə mənbələrə istinadən xəbər vermişdi. “The New York Times” da analoji məlumat yaymışdı. Və bu məlumat Demokratlar Partiyasının, o cümlədən Senatda Demokratik Azlıqların lideri Çak Şumerin qəzəbli reaksiyasına səbəb olmuşdu.

//Samir Qurbanov, Editor.az

Избранный
28
editor.az

1Источники