RU

“Unicapital” və "Troni İnvestisiya Şirkəti"nin vəzifəli şəxsləri 10 min manat cərimə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki investisiya şirkətinin vəzifəli şəxsini ayrı-ayrılıqda 10 min manat cərimələyib. 

Söhbət “Unicapital” və "Troni İnvestisiya Şirkəti"ndən gedir. 

AMB tematik yoxlama çərçivəsində hər iki investisiya şirkətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduğunu aşkar edib. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən "Unicapital İnvestisiya Şirkəti" ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib. 

İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Troni İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib. \\Valyuta.az 

Избранный
68
8
hurriyyet.az

10Источники