RU

Ukrayna təhlükəsizlik sistemini necə genişləndirməlidir sualına sözardı... (III yazı)

ABŞ-la müttəfiqliliyin olması Ukraynanın apardığı vətən müharibəsi üçün çox önəmlidir. ABŞ-ın çoxvektorlu, o cümlədən enerji maraqlarını Ukraynaya daşımaq çox vacibdir.

"Nadir torpaq elementləri" üzrə ABŞ-Ukrayna sazişinin olması çox mühümdür. "Nadir torpaq elementləri" müasir texnologiya və sənayedə istifadə olunan yanacaq-kimya məhsullarına malik olan 17 elementə verilən addır.

Zelinski Ağ evdə nadir metalların istismarı üçün ABŞ şirkətləri ilə müqavilə bağlanmasına nail olması Ukraynanın təhlükəsizlik sistemini möhkəmləndirən amildir. Məlumat üçün bildirək ki, həmin mineral yataqların yaxın olduğu bölgələr ( o cümlədən Nikolay hava limanı, Odessa limanı və s.) Rusiya tərəfindən yerlə-yeksan olunub.

ABŞ-ın həmin ərazilərdə möhkəmlənməsi və Rusiyanı çəkindirici gücü sayıla bilər. Müharibə təkcə təkbaşına qəhrəmanlıq səhnələri ilə əldə olunan savaş meydanı deyil. Daxili və xarici güclərin səfərbəredici gücü hesabına ciddi müqavimətin yaradılması deməkdir.

ABŞ şirkətləri ilə Ukrayna arasında bağlanmış müqavilələr bu və ya digər resurs bölgələrinin ABŞ-ın təhlükəsizlik zonasına daxil olmuş olur. Bu müqavilənin bağlanmaması təkcə ABŞ-ın iqtisadi maraqlarının təmin olunmur, daha çox bu prosesdə ABŞ-ın Rusiyanın qarşısında sipər rolu oynamasında və daha fəal rol almasına təminatların yaradılır.

Bu məqsədlə indiki halda bu konsenssiya müqaviləsinin bağlanmaması ABŞ-ın Rusiyanın hərbi əməliyyatlarını dayandırmağa məcbur edə biləcək təsir "rıçaklarını" əlindən alır. Beləliklə Rusiya sülhə məcbur ediləcək siyasi dalana dirənir.

Belə bir siyasi konfiqurasiyanın yaranacağı təqdirdə Rusiya təkbaşına Ukrayna-ABŞ-Aİ üçlüyünə qalib gələcəyini ağlının ucundan belə keçirə bilməyəcək. Qızıl trionun gücü Rusiyanı çəkindirən güc olacaq. Ukraynaya belə bir təhlükəsizlik çətiri lazımdır.

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Demokratikmusavat.com 

 
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
39
Demokratikmusavat.com

1Источники