"Rəqib Calen Şounun yoxluğunda səbət altında çox effektiv oynadı".
Sportinfo.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Tokerin mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli çalışdırıcı Azərbaycan Basketbol Liqasının XVI turunda NTD-yə 85:98 hesablı məğlubiyyəti şərh edib:
"Bəzi anlarda yaxşı çıxış etsək də, amma ümumi olaraq çox yaxşı müdafiə oluna bilmədik. Xüsusilə orta məsafədən rəqib çox xal topladı.
Nəticə olaraq mərkəz baketbolçumuzun olmaması təsirini göstərdi. Ömər Yavaş, Vilyam o zonada yetərli qədər yaxşı oynaya bilmədilər.
Bundan sonra oyunumuzu təkminləşdirə biləcəyik ya yox, bunu zaman göstərəcək".
"Abşeron" mövsümdə 10-cu dəfə uduzub.