RU

Avrozonada inflyasiya göstəricisi 2,4 faizə enib

Bakı. Trend:

Fevral ayında Avrozonada inflyasiya səviyyəsi 2,4 faiz təşkiledib.

Trend xəbər verir ki, AvropaStatistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonadayanvarda 2,5 faiz olan inflyasiya göstəricisi ötən ay 2,4 faizəenib.

Fevralda Avrozonada istehlak qiymətləri indeksi aylıq müqayisədə0,5 faiz artıb. Bazar proqnozları fevral ayında inflyasiyasəviyyəsinin 2,3 faiz olacağı idi.

Ən yüksək qiymət artımı 3,7 faizlə xidmətlər sektorunda müşahidəolunub. Qida, spirtli içkilər və tütün məmulatlarının qiyməti 2,7faiz, qeyri-enerji sənayesi məhsulları 0,6 faiz, enerjiməhsullarının qiyməti isə 0,2 faiz artıb.

Ötən ay İtaliyada inflyasiya göstəricisi 1,7 faiz təşkiledib.

Избранный
13
2
az.trend.az

10Источники