RU

Daha bir ölkə Rusiyaya qarşı sanksiyaları artırdı

İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.

"Sanksiya məsələlərində səlahiyyətli Federal İqtisadiyyat, Təhsil və Araşdırma Departamenti (DEFR) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə Aİ-nin qəbul etdiyi düzəlişləri qəbul edib. Tədbirlər 4 mart 2025-ci ildə qüvvəyə minəcək", - məlumatda deyilir.

Söhbət 48 fiziki şəxs və 35 şirkətdən ibarət siyahıdan gedir.

Milli.Az 

Избранный
6
6
milli.az

7Источники