İrlandiya hökuməti Ukraynaya əlavə 100 milyon avro yardım paketini təsdiqləyib. Vəsait hərbi texnikanın alınmasına sərf olunacaq.
İrlandiya hökuməti ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarını “çox ciddi hadisə” adlandırıb. Xüsusən də baş nazir Mişal Martin Trampın qərarını “geriyə doğru ciddi addım” adlandırıb və Avropa ölkələrini əməkdaşlığa çağırıb.
Baş nazirin müavini Saymon Harris də analoji fikri ifadə edərək bildirib ki, avropalı tərəfdaşlar son günlər Ukraynaya təkcə həmrəylik deyil, həm də əməli dəstək nümayiş etdirmək üçün çox çalışıblar. Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın bu məsələdə birgə işləməsi üçün hələ də əhəmiyyətli tələb var.
İrlandiya hökuməti həmçinin ölkənin sülhməramlı qoşunlarının xaricdə yerləşdirilməsi üçün BMT-nin icazəsinə ehtiyacı aradan qaldıran qanun layihəsini təsdiqləyib.
Xatırladaq ki, fevralın 27-də Ukrayna liderinin ABŞ-a gedərkən qısamüddətli dayanacağı zamanı İrlandiyanın baş naziri Mişel Martin Şennon hava limanında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Görüş zamanı Martin İrlandiyanın Ukraynaya, xüsusilə də sülhməramlılar göndərməklə dəstək verməyə hazır olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az