RU

“Traktor” “Əl-Taavun”a ilk oyunda qol vura bilmədi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi turnirin 1/4 final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu ilə qarşılaşıb.

“Traktorçular” doğma meydanda qarşılaşdıqları bu rəqibə ilk oyunda qol vura bilməyiblər. Tərəflər arasındakı cavab qarşılaşması martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, “Traktor” İran çempionatında da uğurlu mövsüm keçirir. Komanda hazırda 21 oyuna topladığı 45 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Təbriz klubu 21 oyunda 14 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyət görüb.

Избранный
43
arena.az

1Источники