PSV-nin baş məşqçisi Peter Boş Çempionlar Liqasında “Arsenal”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:7 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Bizim üçün dəhşətli gecə oldu. Şansımız qalmadı. Birinci epizodlarımızı qolla yekunlaşdırsaydıq, indi belə danışmazdıq. Oyuna qayıtmaq üçün anlarımız oldu. Futbol baxımından bəxtimiz gətirmədi, yaxşı formada deyildik. “Arsenal” fantastik oynadı”.
PSV ilə “Arsenal” arasındakı cavab görüşü martın 12-də olacaq.