RU

Paytaxtın bu küçəsində yol hərəkətində dəyişiklik ediləcək

Bakı. Trend:

5 mart 2025-ci il tarixində paytaxtın Üzeyir Hacıbəyli küçəsindəyol hərəkətində dəyişiklik ediləcək.

Trendxəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi(BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgəməlumatında qeyd edilib.

Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyatvasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqdayolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkətidüz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidəyerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşaÜ.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

"Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yolhərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsindəyarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədəolan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təminedilməsi məqsədilə həyata keçirilir",- deyə məlumatdabildirilib.

Məqalədə:
Избранный
30
40
az.trend.az

10Источники