RU

Tovuzda Kür çayının kənarından meyit tapılıb - YENİLƏNİB

Tovuzda Kür çayının yaxınlığında meyiti tapılan şəxsin ölməsinin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qaraxanlı kənd sakini 1984-cü il təvəllüdlü Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulub.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək olmayıb.

Məlumata görə, R.Kərəmov içkili olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***

09:04

Tovuzda çay kənarında meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki çayın yaxınlığında kişi meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Избранный
32
7
apa.az

8Источники