RU

“Neftçi” rəhbərliyindən 34 min manatlıq vəd!

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” bu gün “Kəpəz”in qonağı olacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi Gəncə təmsilçisi ilə görüşdə qazanılacaq qələbə üçün komandaya verəcəyi mükafatı müəyyənləşdirib. Əgər “ağ-qaralar” Tovuzdan 3 xalı Bakıya apara bilsə, o zaman ayrılmış 34 min manat “premya”nı komanda üzvləri qazanacaq.

Bu mükafat həm futbolçulara, həm də məşqçilər heyəti üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Neftçi” kubokda da “Kəpəz”i hər iki oyunda məğlub etmiş və hər bir futbolçu 3000 manat mükafat qazanmışdı.

Избранный
17
idmanxeber.az

1Источники