Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son oyun günündə 2 matç baş tutacaq.
Hər iki qarşılaşma B qrupunda keçiriləcək. Günə liderlərin matçı ilə start veriləcək. “Şəki” öz meydanında “Ordu”nu qəbul edəcək. Digər qarşılaşmada “Quba” ilə “Gəncə” görüşəcək.
Qeyd edək ki, növbəti turun oyunları martın 7-9-da keçiriləcək.
Azərbaycan Basketbol Liqası
XVI tur
5 mart
B qrupu
14:00. "Şəki" – "Ordu"
Şəki OİK
19:00. "Quba" – "Gəncə"
Sərhədçi İM
1 | Ordu | 15 | 11 | 4 | 1340-1153 | 26 |
2 | Şəki | 15 | 11 | 4 | 1392-1219 | 26 |
3 | Gəncə | 15 | 11 | 4 | 1197-1051 | 26 |
4 | Sumqayıt | 16 | 6 | 10 | 1362-1490 | 22 |
5 | Quba | 15 | 4 | 11 | 1209-1321 | 19 |
6 | Lənkəran | 16 | 3 | 13 | 1229-1447 | 19 |
İdman.biz