RU

Tramp: “Ukrayna fosil sazişi imzalamağa hazırdır”

ABŞ prezidenti Donald Tramp Konqresə müraciəti zamanı bildirib ki, Ukrayna ABŞ-la nadir torpaq metalları üzrə əvvəllər pozulmuş müqavilə imzalanmasına qayıtmaq istəyir. Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən mühüm məktub aldığını söyləyib.

Herbiand.az xarici  agentliklərə istinadən xəbər verir ki, ABŞ prezidenti Ukraynanın saziş imzalamağa hazır olduğunu deyib:

“Xammal və təhlükəsizlik sazişinə gəlincə, Ukrayna istənilən vaxt onu imzalamağa hazırdır”.

Bundan əlavə, Amerika prezidenti bildirib ki, Zelenski ona göndərdiyi mesajda müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqləyib. “Məktubda deyilir ki, Ukrayna davamlı sülhün əldə edilməsi üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Prezident Tramp Rusiyadan ölkə hökumətinin sülhə hazır olması barədə “güclü siqnallar” alındığını da vurğulayıb. Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı bir söz deməyib.

Избранный
68
herbiand.az

1Источники