RU

Air Astana Almatıdan Dananq şəhərinə birbaşa reyslər açır!

4 iyun 2025-ci il tarixindən etibarən Air Astana Almatıdan Dananq şəhərinə (Vyetnam) yeni birbaşa marşrut açacaq. Uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri müasir və komfortlu Airbus A321LR təyyarələrində həyata keçiriləcək.

Uçuşların cədvəli:

* Reys KC 599: Almatıdan uçuş saat 00:55, Dananqa eniş 10:05 (+1).

* Reys KC 600: Dananqdan uçuş saat 11:45, Almatıya eniş 17:00.

Biletləri artıq rəsmi airastana.com saytında əldə etmək olar.

Yeni marşrutun istifadəyə verilməsi ilə Air Astana-nın Vyetnama həftəlik uçuşlarının ümumi sayı doqquza yüksələcək:

* Almatı – Naçanq həftədə 4 reys;

* Astana – Naçanq həftədə 3 reys;

* Almatı – Dananq həftədə 2 reys.

Bundan əlavə, Fukuok adasına mövsümi uçuşlar 31 mart 2025-ci ilə qədər davam edəcək. 

Dananq şəhərini niyə ziyarət etməyə dəyər?

Dananq - ağ çimərlikləri və görməli unikal yerləri ilə tanınan, Vyetnamın mərkəzi hissəsində yerləşən mənzərəli sahilə malik şəhəridir.

Görməli yerlər arasında:

* Qədim paqodaları olan Mərmər Dağları və Buddist ziyarətgahları olan mağaralar;

* Memarlıq quruluşu ilə təsir edici Əjdaha körpüsü;

* Dünyanın ən uzun (5 km) və ən hündür (1,3 km) kanat yolu olan Bana Hills;

* 67 metrlik Budda heykəli.


Telegram kanalımız
Избранный
43
yenisabah.az

1Источники