RU

Ukraynanın xilası Türkiyə-Böyük Britaniya birliyindən keçir- ÖZƏL

"ABŞ prezidenti Donald Trampın irəli sürdüyü dağıdıcı siyasi kurs, Avropanın və müttəfiqlərinin təhlükəsizliyinin təminindən imtinası, Avropa və NATO ölkələri üçün panika və parçalanma ehtimalı yaratsa da, tamamilə əks effekt verəcək". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Bu əks prosesi "sanksiya effekti" də adlandırmaq olar. Yəni, Avropa və NATO ölkələri, xüsusən də, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa və sair məcburiyyətdən ABŞ-dan müstəqil şəkildə öz təhlükəsizliyini təmin etmək üçün real addımlar atacaqlar. Bununla da ABŞ-dan təhlükəsizlik asılılığını aradan qaldıra biləcəklər. Türkiyə isə  Böyük Britaniya ilə koordinasiya edə bilər və Ukraynanın xilası əsasən bu birlikdən keçir. Trampın isə hakimiyyətdən uzaqlaşdırılması ABŞ-Aİ, ABŞ-NATO münasibətlərini bərpa edə bilər. Ancaq artıq əvvəlki kimi ABŞ-dan tam təhlükəsizlik asılılığı olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники