RU

Ruban "Azərbaycan yarımfinalı"nda ən məhsuldar olub

Voleybol üzrə CEV kubokunda ilk "Azərbaycan yarımfinalı" keçirilib.

İdman.biz xəbər verir ki, Ayşən Abduləzimovanın oynadığı Macarıstan "Vaşaş"ı Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri Rumıniya "Alba"sını qəbul edib.

Qarşılaşma tay-brekdə Rumıniya klubunun qələbəsi ilə başa çatıb - 3:2. Ruban 23 xal toplayaraq görüşün ən məhsuldar oyunçusu olub. Xarçenkonun hesabında 11 xal var.

Abduləzimova komandasına 9 xal qazandırıb.

Cavab oyunu martın 11-də keçiriləcək.

İdman.biz

Избранный
33
idman.biz

1Источники