RU

Xurma tumlarını əsla atmayın, faydaları inanılmazdır

Ramazanda iftar və imsak süfrələrində yediyimiz xurma mükəmməl lif qaynağıdır.

Ölkə.Az xəbər verir ki, həm immun, həm də həzm sistemini yeniləyən xurma tumları azı xurmanın özü qədər şəfalıdır.

Xurmanın xaricdən sərt və yumşaq teksturası olsa da, içərisində uzun bir toxum var. Bu tumlar əslində çox məhsuldar toxumlardır.

Toxumlardan istifadə etmək üçün əvvəlcə onları yaxşıca yuyun. Sonra qaralana qədər sobada və ya günəşdə saxlayın və üyüdün. Alınan tozu bir stəkan ilıq su ilə qarışdırın və səhər acqarına için. İstəyirsinizsə, bir stəkan ilıq südə də əlavə edə bilərsiniz. Bu qarışıq osteoporozdan əziyyət çəkənlər üçün idealdır. Sümüklərin strukturunu gücləndirir.

Eyni zamanda bu qarışığı yatmazdan əvvəl, məsələn imsak vaxtı içsəniz sizi daha uzun müddət tox saxlayacaq və ertəsi gün daha enerjili oyanmağınıza kömək edəcək.

Xurmanın tumu kifayət qədər yağlıdır. Buna görə də tumdan yağı əzməklə çıxara bilərsiniz. E vitamini ilə zəngin olan tumlar hüceyrələrin sürətlə yenilənməsini təmin edir. Bu baxımdan dəri üçün idealdır.

Yaranan yağı saçınıza da çəkə bilərsiniz. Xurma çəyirdəyi yağı saçın köklərini gücləndirir.

Billurə Yunus

Избранный
28
olke.az

1Источники