RU

“Rusiyanın Su-35 qırıcısı bizim pilotsuz təyyarəyə təhlükəli şəkildə yaxınlaşıb” - Fransalı nazir

Fransa Silahlı Qüvvələr naziri Sebastyen Lekornu Aralıq dənizi üzərində Rusiya qırıcısı ilə Fransa pilotsuz təyyarəsinin təhlükəli qarşılaşması ilə bağlı açıqlama verib.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi xəbər verib.

“Bazar günü, martın 2-də Rusiyanın Su-35 qırıcısı Şərqi Aralıq dənizində beynəlxalq sular üzərində kəşfiyyat uçuşu həyata keçirən Fransanın MQ-9 “Reaper” pilotsuz təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb”, - agentlik Lekornuya istinadən xəbər verib.

Fransalı nazir bu hərəkətləri “aqressiv, düşünülmüş və qəbuledilməz” adlandırıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl dəfələrlə bəyan edib ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

Bəxtiyar CƏFƏRLİ



Избранный
72
herbiand.az

1Источники