RU

Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə – Böyük Britaniya” filminin təqdimatı olub – FOTO

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva tədbirdə iştirak edib

Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə – Böyük Britaniya” sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.

Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri – London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.

“Bir səfərin izi ilə” filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL), “bp-Azərbaycan” şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə ərsəyə gəlib.

DOĞRU.AZ

image-17411162294848757558_1200x630 image-17411162291967110891_1200x630 image-17411162294788044321_1200x630 image-17411162292696940427_1200x630 image-17411162293231119694_1200x630 image-17411162295081741695_1200x630 image-17411162293025229574_1200x630 image-17411162294859730147_1200x630 image-17411162293709038445_1200x630 image-17411162294030643514_1200x630

Избранный
16
14
dogru.az

10Источники