RU

Tramp hakimiyyəti nəzarətdən kənar bürokratiyadan qurtaracağına söz verib

ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında bürokratiyadan qurtulacağına və ölkəyə əsl demokratiyanın qaytarılacağına söz verib...

Poliqon xəbər verir ABŞ prezidenti bu barədə ölkədəki vəziyyət haqqında Konqressə müraciətində danışıb.

“Mənim administrasiyam hakimiyyəti nəzarətsiz bürokratiyadan alacaq və biz Amerikaya əsl demokratiyanı qaytaracağıq, deyə Amerika lideri bildirib.

Siyasətçi vurğulayıb ki, dəyişikliklərə müqavimət göstərən istənilən bürokrat dərhal işdən çıxarılacaq, çünki onun administrasiyası “bataqlığı qurutmağa” hazırlaşır. Tramp deyir ki, seçilməmiş bürokratların idarə etdiyi günlər arxada qalıb.

Tramp əlavə edib ki, təxminən bir əsr ərzində federal bürokratiya azadlıqları məhv edənə, kəsirləri şişirdənə və ABŞ-nin potensialını hər cəhətdən boğana qədər inkişaf edib

Qeyd edək ki, martın 4-də Donald Tramp Konqresdə çıxış edərək Amerika üçün “qızıl dövr” vəd edib. ABŞ prezidenti çıxışında genişmiqyaslı daxili islahatlar aparmaq niyyətini vurğulayaraq, Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılmasına, Qrenlandiyanın 51-ci ştat kimi qəbuluna, Ukrayna ilə bağlı danışıqlar məsələlərinə də toxunub.

Poliqon.info

Избранный
190
50
poliqon.info

10Источники